Namiq Ələsgərov: "Qarabağ"dan ayrılmağım mənim xeyrimə oldu"

14:20 22 Fevral 2016

“Kəpəz”ə gələndə heç bir problem yaşamadım. Komandada hamı tanıdığım uşaqlar idi. Alışmağda çətinlik çəkmədim“.
Bu sözləri Sportarena.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Namiq Ələsgərov deyib. Futbolçu ardıcıl iki oyun məğlub olmalarının onlarda ruh düşgünlüyü yaratmadığını bildirib:
“Heç bir ruh düşgünlüyü yoxdur. Güclü komandalarla oynadıq . Fasilədən sonra ardıcıl iki oyunda qələbə qazandıq. Amma son iki oyunda məğlub olmuşuq. Bu futboldur. Uduzmaq da var, udmaqda.  Amma çalışmalıyıq ki, bundan sonrakı oyunları udub, məğlubiyyətləri unudaq”.
 

-    21-ci turda “Qarabağ”la qarşılaşdız və sabiq komandanı cəzalandırdın qolunla, bununla Qurban Qurbanova bir mesaj göndərmək fikrin var idimi?
-    Yox heç bir mesaj göndərmək fikrim yox idi. “Qarabağ”dan ayrılmağım mənim üçün də yaxşı oldu. Zədədən sonra formama qayıtmalı idim. “Qarabağ”da da mənimlə eyni cinahda oynayan çox futbolçu var. Ona görə orda mənə çətin olacaqdı. “Kəpəz”də isə  hər şey yaxşıdır. Mütəmadi olaraq forma geyirəm burda ona görə də düşünürəm ki, bu transfer mənim xeyrimə oldu. 
-    Sezonun sonunda “Kəpəz”lə müqavilən bitir. Yenidən “Qarabağ”a qayıtmalısan. “Kəpəz”də qalmaq istəyərsən?
-    Bu barədə indi nəsə danışmaq çox tezdir. Mövsümün axırında qərar nə olacaqsa, elə də edəcəm. Onda bilinəcək hər şey. 
-    Zədə səbəbindən bir müddət milli komandan da ayrı qaldın. Necə düşünürsən indiki performansınla yenidən dəvət ala bilərsən?
-    Çalışıram ki, gözəl oyun göstərim və yenidən dəvət alım. Əlimdən gələni edirəm ki, yenidən millinin heyətində çıxış edim.
-    23-cü turda “Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyun barədə fikirlərin necədir.
-    “Sumqayıt”ın oyunlarını izləyirik. Çox yaxşı komandadır. Sürətli hücumlar qururlar. Çətin olacağını bilirik. Amma biz öz stadionumuzda oynayacağıq və qələbə qazanmaq üçün nə lazımdırsa edəcəyik.

Vüsal Yalçınoğlu


Digər xəbərlər

Xəbər xətti