"Qalatasaray" - "Trabzonspor" matçında baş verən hadisəyə böyük reaksiya - FOTOLAR

16:21 22 Fevral 2016

Dünən Türkiyə Super Liqasının XXII tur çərçivəsində "Qalatasaray" klubu "Traabzonspor" ilə qarşılaşıb (2:1).

Sportarena.az xəbər verir ki, gərgin keçən matçda "Trabzonspor" klubunu 4 futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb. 
Matçın 86-cı dəqiqəsində "Trabzonspor"un oyunçusu Kavanda rəqib futbolçuya etdiyi hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılıb. "Trabzonspor" futbolçuları bu qərara etiraz edərkən yerə düşən qırmızı vərəqəni əlinə alan Salih Dursun hakimə göstərib və meydandan çıxmasını deyib.
Bu hadisə  Türk mediyasında böyük əks-səda doğurub. Türkiyənin bir çox qəzet və jurnalları baş verən bu hadisəyə böyük reaksiya verib.

Bu hadisə ilə bağlı Türkiyə qəzetlərində olan fotoları təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti