Bu həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, 23-24 fevral tarixində keçiriləcək oyunları idarə edəcək hakimlər müəyyənləşib.
23 fevral
"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun və Cem Satman (hamısı Türkiyə)
"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)
Hakimlər: Martin Atkinson, Maykl Mullaki, Steven Çayld və Qari Besvik (hamısı İngiltərə)
24 fevral
PSV (Hollandiya) - "Atletiko" (Madrid, İspaniya)
Hakimlər: Daniel Osrato, Lorenzo Manqanelli, Rikardo de Fiore və Elenito Di Liberatore (hamısı İtaliya)
"Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə)
Hakimlər: Antonio Matye Lahoz, Pau Sebrian Devis, Roberto del Palomar, Raul Kabanero (hamısı İspaniya)