Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
Sportarena.az xəbər verir ki, idmançımız Tailandın Pattayya şəhərində baş tutan “Kunium Fight 38” turnirində qüvvəsini sınayıb. Abdullayev reytinq xarakterli döyüşdə çinli Nurla Mulali ilə üz-üzə gəlib. Pərviz bu qarşılaşmada asiyalı rəqibini məğlub edərək rinqi qalib kimi tərk edib.
gabalafc.az