Bakıda keçirilən Dünya Kuboku başa çatdı

21:32 22 Fevral 2016

Bakıda ilk dəfə idman gimnastikası üzrə təşkil olunan FIG Dünya “Challenge” Kuboku, “AGF Trophy” başa çatdıb.

Sportarena.az xəbər verir ki, Azərbaycan gimnastı Oleq Stepko parallel qollar üzərində finalda tamaşaçıların ondan gözlədiyi nəticəni göstərib. O, 15.550 xal toplayaraq, qızıl medal qazanıb. Fəxri kürsünün 2-ci pilləsinə Türkiyə təmsilçisi Ferhat Arican (15.350), 3-cü pilləsinə isə Yaponiya gimnastı Kaya Kazuma (15.250) yüksəlib.

Dayaqla tullanmada isə Oleqin çıxışı hakimlər tərəfindən 14.650 xalla dəyərləndirilərək, gümüş medala layiq görülüb. Bu alət üzərində hərəkətlərdə yarışların qalibi Yaponiya gimnastı Kenzo Şirai (14.975), bürünc medala isə Türkiyə idmançısı Ahmet Öndər (14.400) sahiblənib.

Oleqin bir dəst medalını tamamlayan alət isə halqalar olub. Bu alət üzərində o, 14.700 xal toplayaraq bürünc medal qazanıb. Halqalar üzərində hərəkətlərdə qalib daha bir Türkiyə təsilçisi İbrahim Çolak (15.450), gümüş medalın sahibi isə Kaya Kazuma (14.800) olub.

Azərbaycanın qadın idman gimnastikasının nümayəndəsi Marina Nekrasovanın sərbəst hərəkətlərdə uğurlu çıxışı ona yarışların bürünc medalını (13.200) qazandırıb.


Digər xəbərlər

Xəbər xətti