Təmsilçimizin oyununu idarə edəcək hakimlər müəyyənləşib

22:31 22 Fevral 2016

Fevralın 25-də Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqası yarışlarının play-off mərhələsində cavab oyununa çıxacaq.

“Lokomotiv” komandası İsveçrədə yerli “Volero” klubu ilə qarşılaşacaq. Sürixdəki “Saalsporthalle” Arenada təşkil olunacaq görüşə Avropa Voleybol Konfederasiyası tərəfindən serbiyalı hakim Sanya Miklosiç və türkiyəli Nurper Özbar təyinat alıblar.

Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda Azərbaycan klubu rəqibindən üstün olmuşdu – 3:2. 


Digər xəbərlər

Xəbər xətti