"Beşiktaş" yenə 1 qolla sevindi

00:05 23 Fevral 2016

Türkiyə Super Liqasında 22-ci turun son oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, turun yekun oyununda "Beşiktaş" "Gənclərbirliyi"ni qonaq edib. Matçın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. Oyunun taleyini həll edən qol isə 64-cü dəqiqədə vurulub. Mario Qomezin vurduğu qol "Beşiktaş"a 3 xal qazandırıb.
Qeyd edək ki, 22 turdan sonra 21 oyun keçirən "Beşiktaş" turnir cədvəlinə 51 xalla liderlik edir.


Digər xəbərlər

Xəbər xətti