"Xəzər Lənkəran"la matçda bizi yalnız qələbə qane edir"

00:24 23 Fevral 2016

“Qələbə qazanmaqla hesabımıza 3 xal əlavə etdik. Düşünürəm ki, “Rəvan”a qalib gəlməyimiz müsbət emosiyalar yaratdı. Buna görə də qələbə sevindiricidir".
 
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Aleksey Qay klubun rəsmi saytına açıqlamasında deyib. 

Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə “Rəvan”a qalib gəldikləri oyun (1:0) haqda danışan ukraynalı futbolçu bunları deyib: "Matç həm də üzərində çalışmalı olduğumuz məqamları ortaya çıxardı. Onların üzərində işləyəcəyik. Bu qarşılaşmada qalib gəlmək heç də asan olmadı. Lakin əsas 3 xal idi ki, onu da əldə etdik. Rəqibin matçın hansısa bölümündə bizdən yaxşı oynadığını deyə bilmərəm. 

Müdafiəyə daha çox diqqət ayıran komandalara qarşı çətin olur. Matç ərzində bir neçə dəfə fərqlənmək üçün imkan əldə etsəm də, zərbələrimdə dəqiqlik çatmadı. Buna o qədər də üzülmürəm. Çünki komandamızın qələbəsi daha vacibdir. Meydana 3 xal üçün çıxmışdıq ki, bunun da öhdəsindən gəldik. Artıq 3 turdur qalib gəlirik. Növbəti turun “Xəzər Lənkəran”la matçında da qələbə qazanmağa çalışacağıq. Bizi həmin matçda da yalnız qələbə qane edir".


Digər xəbərlər

Xəbər xətti