Almaniya nəhəngi "Borussiya" ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, "Bayer" ilə qarşılaşmanın 77-ci dəqiqəsində əzələsini dartan yunan futbolçu Sokratis Papastatopulos oyunu davam etdirə bilməyərək əvəzlənib. Tibbi müayinədən keçən müdafiəçinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.