“Xəzər Lənkəran” bir günlük istirahətdən sonra bu gün, XXIII turun hazırlığına başlayır.
Sportarena.az xəbər verir ki, qış fasiləsindən sonra keçirdiyi son iki qarşılaşmada məğlub olan komanda bu dəfə çətin Qəbələ səfərinə yollanacaq.
Fevral ayının 26-na qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək “ Xəzər Lənkəran” həmin gün səfərə çıxacaq və bir gün sonra Qəbələdə eyni adlı komanda ilə üz-üzə gələcək. Komandada zədəli və cəzalı futbolçunu yoxdur.
lankaranfc.com