UEFA, Maliyyə fair-play qaydalarını pozduğu iddia edilən "Qalatasaray" klubu haqqında qərarını fevralın sonu açıqlayacaq.
Sportarena.az xəbər verir ki, UEFA, "Qalatasaray"ın Avropa kuboklarından "1 + 1" sistemiylə cəza verilməsinin tələb edildiyi hüquqi müddətlə əlaqədar yekun qərarını 29 fevral tarixində verəcək.