"Yuventus" komandasının baş məşqçisi Massimiliano Alleqri mətbuat konfransında Çempionlar Liqasında "Bavariya" ilə qarşılaşma haqqında danışıb.
Sportarena.az xəbər verir ki, baş məşqçi "Bavariya"ilə oyunu yarımfinal oyunu kimi gördüyünü bildirib:
"Biz 1/8 final mərhələsinə laiqincə çıxdıq. Bu oyunlar daha çox yarımfinalı xatırladır. Biz rəqibdən topu almağı yaxşı bacarmalıyıq. Bundan başqa özümüz də topu daha çox saxlamalıyıq. Müdafiədə nümunəvi oyun keçirmək lazımdır.Ən vacib amillərdən biri topu ələ keçirərkən pressinqdən effektli şəkildə qurtulmaqdır" , - deyə Alleqri qeyd edib