Bakıda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Rusiya yığması ilə yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyun rusların böyükhesablı qələbəsi ilə nəticələnib. Belə ki, rəqibin qapısına 1 dəfə yol tapan millimiz, öz qapısında 5 qol görüb.
23 fevral
Azərbaycan (U-17) – Rusiya (U-17) - 1:5
Qollar: Fərid Nəbiyev, 51 (p) - Maqomed Suleymanov, 28 (p); Aleksandr Rudenko, 36; Vyaçeslav Qrulev, 67; İvan İqnatyev, 79; Stanislav Latçeviç, 90+2