"Qəbələ" Fransanın "Mets" klubuna qalib gəldi

10:43 24 Fevral 2016

“Qəbələ” Futbol Akademiyasının komandaları Qətərdə keçirilən “Aspire Tri Series” beynəlxalq turnirdə mübarizəyə başlayıb. 

Sportarena.az xlubun rəsmi saytına istinadən xəbər verir ki, 3 klubun üç müxtəlif yaş qrupundan olan komandalarının mübarizə apardığı yarışın ilk turunda istirahət edən “qırmızı-qaralar” dünən Fransa “Mets”i ilə üz-üzə gəlib. U-10 komandalarının oyununda Fransa təmsilçisi qalib gəlib – 3:1. “Qəbələ”nin yeganə qoluna İlkin Muradov imza atıb. U-11-lərin qarşılaşması isə “qırmızı-qaralar”ın qələbəsi ilə nəticələnib – 5:4. Okan Təhməzlinin pokerə imza atdığı oyunda digər qolumuzun müəllifi Elvin Qarayev olub. U-12-lərin mübarizəsində isə “Mets” üstün olub – 7:1. Fransalıların qapısından qolu Emil Süleymanov keçirib. Komandaların bugün yarışın təşkilatçısı olan “Aspire” akademiyasından olan həmyaşıdları ilə görüşəcək. Oyunların hər üçü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da) başlayacaq. 

Qeyd edək ki, ilk turda “Aspire” ilə “Mets” qarşılaşıb. Meydan sahibləri U-10-ların oyununda 4:1, U-11-lərin mübarizəsində 2:1 hesabı ilə qalib gəlib, U-12-lərin görüşündə heç-heçə qeydə alınıb – 1:1. 


Digər xəbərlər

Xəbər xətti