"Fənərbaxça"nın baş məşqçisi Vitor Pereyra, Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda Rusiyanın "Lokomotiv" klubu ilə keçiriləcək matça 20 futbolçu çağırıb.
Sportarena.az xəbər verir ki, klub bu gün səhər İstanbuldan Moskvaya aşağıdakı heyətlə yola düşüb:
Volkan Dəmirəl, Fabiano Ribeiro, Mahmud Taşkıran, Bruno Alves, Simon Kyaer, Mixayel Kadleç, Caner Ərkin, Həsən Əli Kaldırım, Gökhan Gönül, Şənər Özbayraqlı, Mehmet Topal, Josef Souza, Ozan Tufan, Uyqar Zeybek, Ramazan Civələk, Volkan Şən, Alper Potuq, Luis Nani, Fernandao, Robin van Persi.
Qeyd edək ki, "Lokomotiv" - "Fənərbaxça" matçı 25 fevral tarixində baş tutacaq.