"Barselona"nın xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç, dünən Çempionlar Liqasının 1/8 final mərhələsində "Arsenal" üzərində qələbə qazandıqdan sonra "tvitter" sosial şəbəkəsində təəssüratlarını bölüşüb.
Sportarena.az xəbər verir ki, futbolçu 0:2 hesablı qələbədən sonra Messi və Neymarla birlikdə çəkdiyi şəkili "tvitter"də paylaşıb və şəkilin altında: "Böyük komanda. Böyük oyun, yaxşı nəticələr, lakin cavab qarşılaşması var", - deyə bildirib.