Bu gün AFFA-nın inzibati binasında AFFA yanında Media Komitəsinin İşçi Qrupunun ilk iclası keçirilib.
Sportarena.az xəbər verir ki, baş katib Elxan Məmmədov Media Komitəsinin yaradılması istiqamətində qısa müddət ərzində ciddi işlərin görüldüyünü vurğulayıb. İşçi Qrupda vakant yerə AFFA sportbox.az saytının redaktoru Elmir Əliyevin namizədliyini irəli sürülüb. Elmir Əliyev İşçi Qrupun üzvləri tərəfindən yekdilliklə qrupa üzv seçilib.
Müzakirələrdə komitənin fəaliyyətinin hüquqi bazasının hazırlanması, görüləcək işlərin konkret istiqamətinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.
affa.az