Çinin "Şanxay Şenuya" klubu "Fənərbaxça"nın hollandiyalı futbolçusu Robin Van Persi üçün daha bir təklif göndərib.
Sportarena.az xəbər verir ki, Çin klubu bu dəfə 32 yaşlı hücumçu üçün 25 milyon avroluq rəsmi təklif göndərib. Məlumata görə Türkiyə klubunun bu təklifə bu gün cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, daha öncə sözügedən klub "Fənərbaxça"ya Van Persi üçün 20 milyon avroluq təklif göndərmişdi. Lakin İstanbul təmsilçisi bu təklifi qəbul etməmişdi.