"İnter" rəsmisi: "UEFA-nın bizimlə bağlı çıxaracağı qərarı gözləyirik"

17:20 24 Fevral 2016

Son günlər mətbuatda Bakının “İnter” klubunun keçmiş futbolçularına olan borc səbəbindən UEFA tərəfindən təyin olunan cəriməni ödədiyinə dair xəbərlərə rast gəlinir.
Sportarena.az olaraq “İnter”in mətbuat xidmətinin rəhbəri  Səbuhi Məmmədov ilə əlaqə saxladıq. Məmmədov məsələni təkzib etdi, borcların ödənmədiyini və futbolçularla razılığa gəlməyə çalışdıqlarını qeyd etdi: 
“Biz UEFA-nın kluba təyin etdiyi 53 min avroluq cəriməni yanvarın 8-nə kimi ödəmişik. Amma futbolçulara olan borclarımız hələ də ödənilməyib. Bəzi futbolçularla razılığa gəlsək də, bəziləri hələ qalır. Biz istəyirik ki, borcumuz olan futbolçularla razılığa gələk və müəyyən müddətdə onlara olan pullarını ödəyək.  Amma UEFA-nın qoyduğu 31 yanvar tarixinə kimi olan vaxtda bu borcları ödəyə bilmədik. Bununla bağlı UEFA-ya da, AFFA-ya da məlumat vermişik. Vəziyyəti başa salmışıq. Cari mövsümdə komandada çıxış edən heç bir futbolçuya borcumuz yoxdur. Olan borclarımız da köhnə borclardır. UEFA-nın martın əvvəlində bizimlə bağlı çıxaracağı qərarı gözləyirik.”

 


Digər xəbərlər

Xəbər xətti