Bundesliqa tarixinin ən gənc oyunçusundan yeni müqavilə

19:57 24 Fevral 2016

Almaniyanın "Volfsburq" klubu futbolçusu Maksimiliyan Arnoldla yeni müqavilə imzalayıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Volfsburq" klubu futbolçu ilə 2017-ci ildə başa çatacaq müqavilənin müddətini 2020-ci ilə qədər uzadıb. 

2009-cu ildən "Volfsburq"un şərəfini qoruyan futbolçu, Bundesliqada ən gənc yaşda meydana çıxan oyunçu kimi tarixə yazılıb. Belə ki, 2009-cu ildə 17 yaşı olan futbolçu "Volfsburq"da debüt matçına çıxıb. 

Qeyd edək ki, "Volfsburq"un heyətində 109 oyun keçirən xavbek 18 qol vurub və 9 asist edib.


Digər xəbərlər

Xəbər xətti