"Azəryol" yarımfinala yüksəldi

21:12 24 Fevral 2016

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinin cavab oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, Azərbaycanın "Azəryol" klubu İtaliyada "Novara"nın qonağı olub.

Bakıda baş tutan ilk görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gələn komandamız səfərdə eyni hesabla uduzub. Buna görə də, cütün taleyi "qızıl set"də həll olunub. Bu setdə 15:13 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinala vəsiqə qazanıb.


Xəbər xətti