"Qəbələ" "Xəzər Lənkəran" üçün hazırlaşır

10:14 25 Fevral 2016

Azərbaycan Premyer Liqasının XXIII turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Qəbələ” qarşılaşmanın hazırlıqlarına start verib. 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, XXII turun fevralın 21-də keçirilən “Rəvan”la səfər matçının (1:0) ertəsi günü hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb. 
Dünən keçirilən hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində zədəli futbolçular - Aleksey Antonov və Dodo iştirak etməyiblər. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında Qəbələ şəhər stadionunda baş tutacaq.

Xatırladaq ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu fevralın 27-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 17:00-da veriləcək.


Digər xəbərlər

Xəbər xətti