"Arsenal" futbolçusu ilə müqaviləni uzatmayacaq

11:16 25 Fevral 2016

"Arsenal" klubunun yarımmüdafiəçisi Matyu Flamini mövsüm sonunda klubu tərk edəcək.

Sportarena.az xəbər verir ki, klub futbolçu ilə bu ilin iyun ayında başa çatacaq müqavilənin müddətini uzatmaq fikrində deyil. 31 yaşı futbolçu mövsüm sonunda klubu azad agent kimi tərk edəcək.

Qeyd edək ki, futbolçu 2008-ci ildə  "Arsenal"dan "Milan"a transfer olunsa da, 2013-cü ildən yenidən "topçular"ın heyətinə geri dönüb.
Fransalı yarımmüdafiəçi "Arsenal"ın heyətində keçirdiyi 242 oyuna 13 qol vurub.


Digər xəbərlər

Xəbər xətti