Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

12:28 25 Fevral 2016

Bu gün Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək.

Sportarena.az xəbər verir ki, yığmamız Rusiyanın U-17 komandası ilə qarşılaşacaq. Saat 16:00-da başlayacaq qarşılaşmanı Orxan Məmmədov, Yaşar Abbasov, Akif Əmirəli və İnqilab Məmmədovdan ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında fevralın 23-də keçirilmiş yoldaşlıq oyunu Rusiya yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.(affa)


Digər xəbərlər

Xəbər xətti