AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədlər açıqlandı

01:11 26 Fevral 2016

AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2016-cı il martın 11-də keçiriləcək Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək.
 
Sportarena.az xəbər verir ki, Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə hər bir namizəd yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən Konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır. Bu gün qeyd olunmuş müddət başa çatıb. İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:
 
Peşəkar Futbol Liqası – 4 yer
 

1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – "Sumqayıt" FK tərəfindən
3. Elşad Nəsirov – "Neftçi" PFK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
5. Tuyqun Nadirov - "Xəzər Lənkəran" FK tərəfindən
 
Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
 
1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən
 
Sahə Futbol Federasiyaları – 2 yer
 
1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
 
İctimai Futbol Təşkilatları – 2 yer
 
1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən


Digər xəbərlər

Xəbər xətti