Qvardiolanın yeni hədəfi braziliyalı futbolçu

11:37 26 Fevral 2016

Yeni mövsümdən "Mançester Siti" klubunu çalışdıracaq "Bavariya"nın baş məşqçisi Pep Qvardiola "şəhərlilər"in heyətinə daha bir futolçu qatmaq niyyətindədir.

Sportarena.az "The Guardian"a istinadən xəbər verir ki, baş məşqçi "Real"ın müdafiəçisi Marselonu İngiltərə klubuna gətirmək istəyir.

Lakin bu tarnsfer "şəhərlilər"ə baha başa gələ bilər. Belə ki, futbolçu bu il "kral klubu" ilə olan müqaviləsinin müddətini 2020-ci ilə qədər uzadıb. Buna görə də "Mançester Siti" Marselonu heyətinə qatmaq üçün "Real"a 120 milyon avro kompensasiya ödəməlidir.


Digər xəbərlər

Xəbər xətti