"Los Anceles Qalaksi" komandasının üzvü Stiven Cerard Britaniyanın məşhur qəzeti "The Telegraph" qəzeti ilə müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, İngiltərə millisinin keçmiş kapitanı qəzetdə köşə yazıları yazacaq. Cerard ayda 1 dəfə mətn yazmalıdır.
Stivenin debüt yazısı bu həftə sonu olacaq. O , qarşıdan gələn İngiltərə liqa kubokunun finalı "Mançester Siti" - "Liverpul" görüşünə öz fikrini bildirəcək.