FİFA-nın bu gün növbədənkənar konqresi keçiriləcək.
Sportarena.az xəbər verir ki, konqresdə qrumun yeni prezidentinin adına aydınlıq gələcək.
FİFA-nın yeni prezidenti 4 illiyinə seçiləcək. Seçki gizli səsvermə yolu ilə baş tutacaq. 209 üzv ölkənin hər biri yalnız 1 səsə malikdir.
İlk turda qalib gəlmək üçün namizəd səslərin 2/3-sini , 2-ci turda isə yarısından çoxunu qazanmalıdır.
Qeyd edək ki, konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.