Bu gün İsveçrənin Sürix şəhərində FIFA-nın növbədənkənar Konqresi keçiriləcək.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov Konqresdə iştirak edəcək.
Qeyd edək ki, növbədənkənar Konqresdə FIFA prezidenti vəzifəsinə seçki keçiriləcək.