Rusiya millisinin keçmiş yarımmüdafiəçisi Andrey Arşavin Qazaxıstanın "Kayrat" klubu ilə müqavilə imzalayacaq.
Sportarena.az xəbər verir ki, futbolçu müqavilə imzalamaq üçün artıq Qazaxıstanın Alma-Ata şəhərinə gedib. Məlumata görə futbolçu "Kayrat"la bir illik müqavilə imzalayacaq.
Qeyd edək ki, bir müddət öncə Arşavin çıxış etdiyi "Kuban" klubu ilə qarşılıqlı razılıq əsasında müqaviləni ləğv edərək azad agent statusu almışdı.