"Beşiktaş"la matç öncəsi "Fənərbaxça"da ciddi itki

15:19 26 Fevral 2016

Dünən keçirilən "Lokomotiv" - "Fənərbaxça" matçında (1:1) Türkiyə klubunun futbolçusu Gökhan Gönül zədələnərək meydanı tərk etmişdi.

Sportarena.az xəbər verir ki, matçın 44-cü dəqiqəsində zədələnərək əvəzlənən futbolçu bu gün tibbi müayinədən keçib.

Bir müddət öncə qabırğasından zədələnən futbolçu dünənki matçda yenidən eyni yerdən zədə alıb. Bu gün keçirilən tibbi müayinədən sonra futbolçunun qabırğasının qırıldığı məlum olub.

Müdafiəçinin 29 fevral tarixində keçiriləcək "Fənərbaxça" - "Beşiktaş" matçında forma geyinəcəyi sual altındadır.


Digər xəbərlər

Xəbər xətti