FİFA-nın yeni prezidenti ilk turda müəyyənləşmədi

21:15 26 Fevral 2016

Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın prezident seçkisi keçirilib.

Sportarena.az xəbər verir ki, səsvermənin ilk turunda əsas mübarizə Canni İnfantino ilə Şeyx Salman ibn-İbrahim əl-Xəlifə arasında gedib. C.İnfantinoya milli federasiyaların 88, əl-Xəlifəyə 85 nümayəndəsi  səs verib. Digər namizədlər Əli bin əl-Hüseyn 27, Jerom Şampan 7  səs yığıb.

Belə ki, ilk turda heç bir namizəd bütün səslərin 2/3 hissəsini toplaya bilmədiyi üçün FİFA prezidenti növbəti turda müəyyənləşəcək. 

Qeyd edək ki, konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.


Digər xəbərlər

Xəbər xətti