"Trabzonspor" azarkeşləri bu gün FİFA-nın Növbədənkənar Konqresindən öncə qurumun binası qarşısında aksiya keçiriblər.
Sportarena.az xəbər verir ki, azarkeşlər "Qalatasaray" - "Trabzonspor" matçında (2:1) hakimə "pələnglər"ə qarşı etdiyi haqsızlıqlara görə layiqli cəza verilməsini istəyiblər.
Azarkeşlər "Trabzonspor"un haqqının əlindən alındığını bildirərək FİFA-ya qırmız vərəqə göstəriblər.