FİFA-nın yeni prezidenti UEFA-nın baş katibi Canni İnfantino seçildi.
Sportarena.az xəbər verir ki, ilk turda heç bir namizəd bütün səslərin 2/3 hissəsini toplaya bilmədiyi üçün yeni prezidentin adına ikinci turda aydınlıq gəlib.
Belə ki, ilk turda 88 səs yığan İnfantino, ikinci turda 115 səs yığaraq yeni prezident seçilib. Onun əsas rəqiblərindən olan Şeyx Salman isə 88 səs yığaraq ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Canni İnfantino 2019-cu ilə qədər FİFA prezidenti kürsüsündə oturacaq.