Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.
Rusiyanın “Dinamo” (Krasnodar) komandası ilə üz-üzə gələcək “Azəryol” ilk oyununu səfərdə keçirəcək. Martın 10-da təşkil olunacaq görüşü rumıniyalı baş hakim Silvian Lunqu və sloveniyalı Lyubomir Qlobaçnik idarə edəcək.
Komandalar arasında cavab oyunu martın 12-də Azərbaycan Voleybol Mərkəzində keçiriləcək. Görüş sloveniyalı David Qril və Çexiya təmsilçisi Zdenik Qrabovskiyə həvalə olunub.