Rusiyanın Armavir şəhərinin "Torpedo" klubu fevralın 26-sı, transfer pəncərəsinin son günü heyətinə daha bir yeni futbolçu cəlb edə bilib.
Sportarena.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu, Bakının "İnter" klubunun yarımmüdafiəçisi, 1993-cü il təvəllüdlü Abdulla Abasiyevdir.
Azərbaycan yığmasının da şərəfini qorumağa macal tapmış futbolçu "İnter"in heyətində 50-dən çox oyun keçirib.
Futbolçu həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır.
Valeri Karpinin yetirmələri Rusiya Futbol Liqasında 16 xalla 20 klub arasında sonuncu pillədə qərarlaşıb.