"Bavariya"nın yarımmüdafiəçisi Xabi Alonso məhkəyə şikayət olunub.
Sportarena.az xəbər verir ki, bu barədə ispaniyalı prokuror Xose Xaviyer Polo məlumat verib. Onun sözlərinə görə, futbolçu 2009/2011-ci illər ərzində 3 milyon avro vergi ödəməkdən yayınıb.
Qeyd edək ki, sözügedən illər ərzində futbolçu İspaniyanın "Real" klubunun şərəfini qoruyurdu.