"Ateltiko"dan 42 milyon avroya Çinin "Qanjou Avanqard" klubuna transfer olunan Cekson Martinez debüt matçına çıxıb.
Sportarena.az xəbər verir ki, futbolçu ilk oyununun Çinin "Pohanq Stelers" klubuna qarşı keçirib. Kolumbiyalı hücumçu oyunun ən fəallarından olsa da fərqlənə bilməyib. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, hücumçu Çin klubu ilə 4 illik müqavilə imzalayıb.