Rəşad Sadıqov: "Axır 10-15 dəqiqədə ağlımdan bu fikirlər keçirdi

20:50 27 Fevral 2016

"İnter" ikinci dövrəyə pis başlasa da son turlarda gözəl oyunları il özlərinə gəldiklərini göstərirlər. Oyuna nəzarət etsək də, istədiyimiz kəsərli hücumları qura bilmirdik. Rəqib bizi əks hücumda yaxaladı, ikinci hissədə bütün komanda ilə hücuma atıldıq və məğlub olmamağı bacardıq. "İnter" kimi rəqiblə səfərdə bərabərlikdə pis nəticə deyil."

Bu sözləri "İnter"lə 1:1-lik bərabərliyə razılaşan "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Sportarena.az-ın əməkdaşının suallarını cavablandırarkən deyib 

- Oyunun yalnız son 10 dəqiqəsində canlandız.
- "İnter"ə qarşı oynamaq həmişə çətindir. Özünüz də görürsüz qapalı müdafiə olurlar. Tam istədiyin oyunu oynuya bilmirsən. Rəqib üstünə gəlmədikdən sonra nə qədər də hücum qursan çətin olur. Birdə belə təcrübəli futbolçular olanda çox çətin olur. Amma yenə də düşünürəm ki, pis nəticə deyil.
- Bir anlıq düşündünmü 3 xal əldən gedir və "Zirə" ilə fərq artıq 3-ə enəcək.
- Qol buraxanda çox əsəbləşdim, çünki bilirdim "İnter"ə qol vurmaq çox çətin olacaq. Bir anlıq düşündüm ki, "Zirə" ilə xal fərqi 3-ə, "Qəbələ"ylə isə 7-yə enəcək. Axır 10-15 dəqiqədə ağlımdan bu fikirlər keçirdi.
- Qarşıdakı turda "Zirə" ilə qarşılaşacaqsız. "Zirə" qalib gəldiyi təqdirdə xal fərqi 1 xal olacaq. Buna final oyunu kimi baxmaq olar?
- Final hesab etməzdim. Aramızdakı fərq 4 xal oldu. Çalışacağıq ki, qələbə qazanaq və fərqi artıraq. Amma ən əsas bu tip oyunlarda məğlub olmamaqdı. Ən azından xal fərqini qorumaq üçün.
- Bu həftə kubok oyunları da var. Bu çempionatdakı oyununuza təsir edəcəkmi?
- Təbii ki, təsir edəcək. "Sumqayıt" kimi komanda ila qarşılaşacağıq. Onlar da çempionata pis başladılar amma son turlarda oyunlarını tapıblar. Bu o deməkdirki, bizi həm kubokda, həm də çempionatda çətin oyunlar gözləyir.
- Son zamanlar karyeranı bitirməyinlə bağlı söz -söhbətlər yayılmışdı. Bu qolla  hər kəsə Rəşad hələ davam edir demək istədin?
- Belə bir şey fikirləşmirdim. Allah nə qədər nəsib etsə o qədər oynayacam.

Vüsal YALÇINOĞLU


Digər xəbərlər

Xəbər xətti