Bu gün Azərbaycan Premyer Liqasının XIII turunun oyunları keçirilib.
Sportarena.az xəbər xəbər verir ki, turun son qarşılaşmasında “İnter” doğma meydanda “Qarabağ” klubu ilə qarşılaşıb. Matçdan sonra “İnter”in baş məşqçisi Zaur Svanadze açıqlamasında bərabərliyi belə şərh edib:
“Komandam ilk hissədə çox gözəl oyun nümayiş etdirdi. Bunun bəhrəsini də ilk hissənin son dəqiqələrində qol vurmaqla gördük. Lakin ikinci hissədə rəqib təşəbbüsü ələ aldı və qapımıza top vura bildi. Düşünürəm ki, bu nəticəyə heç də pis demək olmaz. “Qarabağ” kimi komanda ilə belə bir nəticə əldə etmək böyük uğurdur”.
Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı 1:1 hesablı bərabərliklə başa çatıb.