“Futboldu burda hər şey olur. “İnter”lə bir komandadır ki, çox ağıllı futbol oynuyur. O səbəbdən bizim üçün çətin idi “İnter” müdafiəsini yarmaq. Amma bir qol vurmağı bacardıq. Vaxt qalsaydı daha bir qol vura bilərdik. Əsas odurki, 1 xal qazandıq, xalımızın üstünə xal gəldi.”
Bu sözləri sportarena.az-a açıqlamasında “İnter” – “Qarabağ” (1:1) matçından sonra qonaqların futbolçusu Əfran İsmayılov deyib. İsmayılov növbəti turda qarşılaşacaqları “Zirə” ilə oyun barədə də danışıb:
“Çox çətin və ağır oyun olacaq. Baxmayaraq ki, “Zirə” təzə yaranıb amma çox istəkli və yığcam bir komandadır. Artıq 5 oyundurki ardıcıl məğlub olmurlar. Bunlara baxmayaraq biz çempionluq üçün oynayırıq və əlimizdən gələni edəcəyik ki, həmin oyunda da qələbə qazanaq.”
İsmayılov hər zaman hakimlərin qərarlarını dəstəklədiyini də bildirib:
“Mən heç vaxt hakimlər barədə danışmamışam. Onlar da insandır səhv edə bilərlər. Ona görə də hər zaman hakimlərin tərəfindəyəm”