"Xəzər Lənkəran" "Neftçi" üçün istirahətsiz hazırlaşır

10:29 28 Fevral 2016

Qəbələ səfərindən qolsuz heç-heçə ilə qayıdan “Xəzər Lənkəran” istirahət etmyəcək.

Sportarena.az xəbər verir ki, komanda "Qəbələ" ilə oyundan dərhal sonra Lənkəran istiqamətində yola düşüb. Komanda doğma şəhərdə fevralın 28-də oyunsonrası bərpa məşqinə çıxacaq. Ayın son günündə (29-fevral) daha bir gün hazırlaşacaq futbolçular martın ilk günündə isə “Fırtınalar meydanı”nda oyunöncəsi son məşqini keçirəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran”  ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində martın 2-də  “Neftçi”ni qəbul edəcək.(12cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti