Avropa Liqasının 1/8 final mərhələsində "Liverpul"la qarşılaşacaq "Mançester Yunayted" UEFA-ya müraciət edib.
Sportarena.az xəbər verir ki, klub UEFA-dan "Liverpul"la keçiriləcək matçların vaxtıının dəyişdirilməsini tələb edib. Belə ki, "Mançester Yunayted" keçiriləcək matçların zaman aralığını azarkeşlər üçün narahat sayır. Klub UEFA-dan hər iki komandanın azarkeşləri üçün bərabərliyi tələb edib.