"Mançester Yunayted"in hücumçusu Ueyn Runi mart ayının sonunda İngiltərənin keçirəcəyi yoldaşlıq oyunundan milli komandaya kömək edə bilməyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Lui Van Qal açıqlamasında bildirib. O, Runinin İngiltərə millisindən daha çox "Manester Yunayted"ə lazım olduğunu bildirib.
Hollandiyalı baş məşqçi açıqlamasında futbolçunun əməliyyat olunmayacağını, lakin 2-3 həftə istirahət etməsini vurğulayıb:
"Runi ilk növbədə "Mançester Yunayted"in matçlarına hazır olmalıdır, İngiltərə millisinə deyil. O, hal-hazırda istirahət edir. Həkimlər onun əməliyyat olunmasını vacib bilmədilər. Lakin, futbolçunun 2-3 həftə xüsusi istirahətə ehtiyacı olduğunu bildirdilər".