Dünən İngiltərənin "Everton" klubunun rusiyalı milyarder tərəfindən alındığını bildirmişdik. Lakin əldə etdiyimiz məlumata görə klubu rusiyali milyarder Əlişir Usmanov deyil, onun dostu Fərhad Moşiri alıb.
Sportarena.az xəbər verir ki, "Everton" rəsmi şəkildə iranlı biznesmen Fərhad Moşiri tərəfindən klubun alınmasını bəyan edib. Moşiri komandaya yeni futbolçuların alınması üçün vəsait ayıracaq.