Lui Van Qal: "Hər kəsdən üzr istəyirəm"

10:28 29 Fevral 2016

Dünən keçirilən "Mançester Yunayted" - "Arsenal" matçından (3:2) sonra Lui Van Qal  oyun zamanı etdiyi hərəkətə görə üzr istəyib.

Sportarena.az xəbər verir ki, oyun zamanı "Arsenal"ın futbolçusu Aleksiz Sançes yerə yıxıldığına görə hakim oyunu saxlayıb cərimə zərbəsi təyin etmişdi. Lui Van Qal bu hadisəyə əsəbiləşərək 4-cü hakimin yanında özünü yerə yıxmışdı. 
Oyundan sonra baş məşqçi açıqlamasında üzr istəyərək etdiyi hərəkətin yanlış olduğunu bildirib:

"Orada hisslərimi cilovlaya bilmədim. Etdiyim hərəkət hakimlərə kömək edəcək bir hərəkət deyildi.  Bu hərəkətim azarkeşlərimin xoşuna gələ bilər, amma onlar hər zaman ağıllı düşünə bilmirlər. Etdiyim hərəkət səhv addım idi və bu hərəkətimə görə üzr istəyirəm".


Digər xəbərlər

Xəbər xətti