Azərbaycan Premyer Liqasının XXIV turunun oyun cədvəlində dəyişiklik edilib.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, hər iki klubun razılığını və oyunun canlı yayımlanmasını rəhbər tutan Peşəkar Futbol Liqası “Rəvan” – “Kəpəz” matçının əvvəlcədən nəzərdə tutulduğu kimi 5 martda deyil, 6 martda keçirilməsinə qərar verib.