"Fənərbaxça"nın sabiq futbolçusu Aleks Souza bu gün keçiriləcək "Fənərbaxça" - "Beşiktaş" derbisindən öncə keçmiş komandasına dəstək verib.
Sportarena.az xəbər verir ki, "sarı-göylər"in sabiq braziliyalı kapitanı Aleks bu gün keçiriləcək matç öncəsi "Fənərbaxça"ya dəstək olmaq üçün şəxsi "instagram" hesabında şəkil paylaşaraq "Uğurlar "Fənərbaxça"m" - deyə yazı yazıb.
Qeyd edək ki, hal-hazırda karyerasını başa vuran futbolçu "Fənərbaxça" -"Beşiktaş" derbilərində 13 qola imza atıb.