"Milan"ın fransalı hücumçusu Mbaye Nianq avtomobil qəzasına düşüb.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu qəza zamanı çiynindən və topuq nahiyyəsindən xəsarət alıb. Qəzanın nə səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimallara görə qəzaya səbəb futbolçunun spirtli içki qəbul etməsi olub. Bu səbəbdən futbolçunun qanı test ediləcək.