"Lester"in yarımmüdafiəçisi Riyad Mahrez mövsüm sonunda komandadan ayrılacağı gözlənilir.
Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçunun mövsüm sonunda "Arsenal"a keçəcəyi bildirilir. Belə ki, "topçular" uzun müddətdir ki bu futbolçu ilə yaxından maraqlanır. Arsen Venger futbolçunu heyətə cəlb etmək üçün cəhd etsə də, istəyinə nail ola bilməyib. Bu səbəbdən yayda komandadan ayrılacağı gözlənilən futbolçunu almağa real namizəd kimi "Arsenal" klubu göstərilir.
Qeyd edək ki, Mahrez cari mövsüm "Lester"in heyətində çıxdığı 26 görüşdə 14 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.